Qədim “Odlar yurdu” Azərbaycan.
“Azərbaycan” sözünün etimologiyası çox qədimdir. Ən erkən yazılı mənbə 6 əsrə aid Suriya əlyazması, Karki Debed Seloxun xronikasıdır. Bu xronikada Azərbaycanla bağlı daha erkən mənbəyə - e.ə. 8 əsr mənbəyinə istinad edilir.
Xronikada deyilir: “.... Arbak möhkəmləndirilmiş divar inşa etdi və bu divarı Midiya imperiyasından olan Abudad onun şərəfinə Adorbayqan adlandırdı”. “Ador Bad Aqan” – “od Allahının qoruduğu yer” deməkdir. Sözün sonralıtransformasiyası məlumdur.
Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik bölgədir. Hazırda Azərbaycan Respublikasının ərazisi cəmisi 86, 6 min kv.- dir, lakin burada 11 əsas iqlim qurşağından 8-nə rast gəlinir. Məs., isti və quru Abşerona iqlim əsrlər boyu salınan park və bağlar hesabına yaxşılaşır, halbuki təbii landşaft yalnız yazda otla örtülən yarımsəhra tiplidir, min digər bölgələrində çoxlu bulaq vardır. respublikanın digər bölgələrində çoxlu bulaq vardır. Dumduru yerlatı su xüsusi kəhrizlər sistemi vasitəsilə üzə çıxarılır. Alp zonalarında və relikt ağac növlü müşələrdə hətta yayda belə yağışlar yağır. Azərbaycanda geniş çöllər və yüksək sıra dağlar da vardır. Onların zirvəsi alpinistləri, turistləri, bütün təbiət vurğunalarını cəlb edir.
Azərbaycanda çoxlu müalicəvi, mineral və termik bulaqlar, müalicəvi palçıq və neft vardır. Bunlar Quba, Şamaxı–İsmayıllı, Masallı–Lənkəran, Balakən–Zaqatala, Şəki–Qəbələ, Naxçıvan, Gəncəbasar bölgələrində yayılmışdır. Azərbaycanda 12 qoruq, 17 yasaqlıq və 6 milli park vardır. Bunlar respublika ərazisinin 2,4 % -ni təşkil edir və Azərbaycanın bütün əsas iqlim qurşaqlarına aiddir. Bu gün mühafizə olunan təbii zonaların genişləndirilib 10%-ə çatdırılması istiqamətində böyük işlər aparılır.
6 milli park (Şirvan, Hirkan, Altıağac, Abşeron, Ordubad və Ağgöl), 12 təbii qoruq və 2000-dən artıq ağac (yaşı 100-dən 400 ilədək) “Azərbaycanın təbiət abidələri” dövlət siyahısına daxil edilmişdir (2004). Bu sənəd həmçinin 37 geolojı və paleontolojı obyekti, sahəsi 15 000 ha-dan çox endemik və relikt bitkili meşələri əhatə edir. Relikt flora siyahısına çinar (yaşı 100 – 500 il), dzelkua ağacı (yaşı 250 -400 il), püstə ağacı (yaşı 250-400 il), karkas ağacı (yaşı 300-600 il) , həmişəyaşıl şümşad (yaşı 200- 300 il), qara qoz ağacı (yaşı 200-300 il) daxildir.
Paleontologiya obyektli təbiət abidələrinə Azıx mağarası (burada Paleolit dövrünə aid ibtidai insan düşərgəsi aşkar edilmişdir) kimi 6 mağara daxildir. Binəqədi asfalt gölü (təqribən 260 növ relikt flora və fauna qalıqlarından ibarət çox zəngin düşərgə), həmçinin Təngə mərmər dərəsi, Vəlvələ çay üstündəki Afurca şəlaləsi, palçıq vulkanları və s. kimi unikal geolojı əmələgəlmələr mövcuddur.